Lamborghini-nin yeni flaqmanı yaxından çəkilib

Yenidən dizayn edilmiş V12 ilə hibrid superkar gələn il artıq sirr olmayacaq 🤩

Keçən ildən sınaqdan keçirdiyimiz Lamborghini Aventador-un varisi yenidən sınaqlarda kadrlara düşdü. Bu dəfə Almaniya küçələrində və kifayət qədər yaxın məsafədən prototipi çəkə bildilər.

Avtomobil hələ də çox sıx kamuflyajlıdır, lakin kuzov panellərinin əksəriyyəti həmişəki kimi görünür. Kamuflyaj isə xarakterik dizayn elementlərini görməyə mane olmur: çox aqressiv ön panel, nəhəng hava girişləri ilə tanınan profil. İstehsalçı saxta arxa fənərlərdən istifadə etmək qərarına gəldi, ama yenədə Y formalı olan - Centenario və Terzo Millennio ruhunda fənərlər hələ də görünür: onlar egzoz sisteminin dörd dairəvi borularının yan tərəflərində yerləşirlər. Digər xüsusiyyətlərə geniş təkərlər və arxadakı sarı əyləc kaliperləri daxildir.

Korpusdakı sarı stikerlər yeni flaqman superkarın elektrikləşdirilmiş xarakterini ortaya qoyur. Hibrid elektrik V12 mühərriki əsasında qurulduğu artıq təsdiqlənib və bu, indiki ilə heç bir əlaqəsi olmayan tamamilə yeni qurğudur. Sıfırdan bir batareya da hazırlanmışdır, elektrik mühərriki ondan enerji alacaqdır. Hələ də texniki göstəricilər yoxdur, lakin gözləmə müddəti çox da uzun deyil: premyera 2023-cü ilə planlaşdırılıb.

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0