Avtomobil kuzası
Avtomobil kuzası (avtomobil kuzovu, avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsi.
Avtomobil kuzasına kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir, yaxud da yüksaxlayan çərçivəyə bərkidilir.
Furqon - bağlı avtomobil kuzasına məxsus, yük və sərnişin daşınmasına xidmət edən avtomobil.
Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet - hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu fayton tipli kuzadır.
Kabriolet — yerlərinin sayı 2 və daha çox olan üstü qatlanaraq açılan minik avtomobili nəzərdə tutulur. İlk kabrioletlər XIX əsrin əvvəlində Fransada yaranmışdır. Bundan sonra bu növ avtomobillər digər ölkəlırdə yayılmışdır.
Roadster: ikiyerli kuzası olan, yığılan yumşaq damı örtüyü olan avtomobil.
Fayton: dörd qapılı avtomobil kuzası və yığıla bilən yumşaq dam örtüylü avtomobil. Beş-altı yerlik və yan şüşələri qalxmıyan bu tip avtomobili adətən dörd qapılı kabrioletlərin ali növü hesab edirlər.
Sürücünü sərnişinlərdən sərt və ya yığışdırıla bilən arakəsmə ilə ayıran kuza limuzin adlanır.
SSRİ-də kombi adlanan Hetçbek yük yerin də (arxada) qapısı olan ikibölməli avtomobil kuzasıdır. Üç və ya beş qapılı olur. Universalı çox xatırladır. Yükdaşıma özəlliyi aşağıdır.
Mini-ven: Birbölməli (kapotsuz), iki-üç cərgə oturacağı olan mini-venin kuzası mikroavtobusla minik avtomobili arasında yer tutur.