Elektrik mühərrikli və hibrid avtomobillər

Elektrik avtomobili - elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil.

İlk praktiki elektrik avtomobili 1880-cı illərdə istehsal edilmişdi.Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsada, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdu. 2008-ci ildən etibarən bateryaların inkişafı, neft qiymətlərinin daha da bahalanma meylləri və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratdı. Bir çox ölkələr elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s. tətbiq etməyə başladılar. Həmçinin elektrik mühərrikli avtomobillərin geniş yayılması neft idxal edən ölkələr üçün neft idxalının azaldılmasına gətirib çıxaracaq. Elektromobillərin artımını statistik göstəricilərə baxsaq açıq-aşkar müşahidə edə bilərik. Əgər 2009-cu ildə dünya üzrə elektromobillərin sayı 6,000-dən az idisə, 2016-cı ilin avqust ayında dünyanın 40 ölkəsində 1,2 milyondan çox elektromobil istifadədədir. Bu avtomobillərin 80%-i ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveçin payına düşür (Beynəlxalq Enerji Agentliyi 2016). Elektriklə çalışan avtobusların sayı cəhətdən isə lider ölkə Çindir – 170,000 ədəd. 2015-ci ildə qəbul edilən Paris BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən, dünya üzrə elektriklə çalışan 4-təkərli avtomobillərin sayının 2030-cu ilədək 100 milyona çatdırılması planlaşdırılır (Beynəlxalq Enerji Agentliyi, 2016). Ümumiyyətlə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) hesab edir ki, 2040-cı ildə dünyada sərnişindaşımada istifadə edilən avtomobillərin 6%-i alternativ yanacaqla işləyən nəqliyyat vasitələrindən ibarət olacaq. 

Elektrik_mühərrikli_və_hibrid_avtomobillər_1.jpg

Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtomobilləri daha az səs çıxarır.

Lakin elektromobillərin istehsalı və istifadəsinə dair bir sıra problemlər mövcuddur. Əvvəla, elektromobillərin istehsalı bir çox hallarda adi avtomobillərdən daha baha başa gəlir. İstehsal xərclərinin əhəmiyyətli bir hissəsini batareya və enerji saxlama mexanizmləri təşkil edir. Belə ki, bu komponent ümumi istehsal xərcinin ortalama olaraq 1/3-ni təşkil edir, hərçənd ki, bu istiqamətdə olan xərclər 2008-ci illə müqayisədə 4 dəfə azalmışdır (Beynəlxalq Enerji Agentliyi 2016). Lakin yanacaq sərfiyyatına gəlincə, Beynəlxalq Enerji Agentliyinin (2016) hesabatına görə, hal-hazırda Avropada 100 km məsafəni qət etmək üçün elektromobil daxili yanma mühərrikinə malik maşından 4-5 dəfə az xərc tələb edir. Nümunə olaraq deyə bilərik ki, Almaniyada eyni avtomobilin yanacaqla işləyən və elektriklə, yaxud hibrid formada çalışan modelləri arasında ortalama €18,000 fərq var. Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. Bateryaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarsa da, amma hal-hazırda batareya qiymətlərində də eniş müşahidə olunur. Sürücülər növbəti mənzilə çatana qədər bateryanın davam gətirə bilməyəcəyindən qorxurlar.

Elektrik_mühərrikli_və_hibrid_avtomobillər_2.jpg

Britaniya və daha sonra Fransa da şəhərlərində havanın getdikcə çirklənməsinın qarşısını almaq üçün 2040-cı ilədək benzin və dizellə işləyən maşınların istifadəsinə qadağa qoyulacağını bəyan edib. Bu isə hibrid-elektron avtomobillərin satışının artacağı deməkdir. İndiki dövrdə dəhibrid-elektron avtomobillərin mühəndisləri bu avtomobilləri daha da cəlbedici etməyin yollarını axtarır.

Elektrikli və hibrid avtomobillər arasında hansı fərqlər var?

Elektrikli və hibrid avtomobillər arasında elə də böyük fərq yoxdur. Həmçinin onlar tamamilə eyni deyil. Ümumilikdə 3 növ elektrikli nəqliyyat vasitəsi var:

  • Tam elektrikli nəqliyyat vasitələri
  • Cərəyana qoşulan hibrid elektrikli nəqliyyat vasitələri
  • Geniş diapazonlu elektrikli nəqliyyat vasitələri

Tamamilə elektrikli nəqliyyat vasitələri - Bu nəqliyyat vasitələri elektriklə işləyir və şarj edilə bilən batareyalı sistemi mövcuddur. Tam elektriklə təmin edilmiş nəqliyyat vasitəsi tam bir gün boyu yol qət etməyə hazırdır. Mənfi tərəfi kimi qeyd edə bilərik ki, səfərlərinizi planlaşdırmamısınızsa tıxacda və ya uzun bir yolun ortasında qala bilərsiniz.

Cərəyana qoşulan hibrid elektrikli nəqliyyat vasitələrində təkrar doldurulan batareya var, amma ehtiyat üçün yanacaq çəni də mövcuddur. Beləliklə, əlavə güc tələb olunduqda, avtomobil standart benzin mühərrikində işə başlayacaq. Bir cərəyan-hibrid müntəzəm olaraq və ya iş ilə əlaqədar uzaq məsafələrə gedən sürücülər üçün idealdır.

Geniş diapazonlu elektrikli nəqliyyat vasitələri - bir cərəyan-hibrid kimidir, ancaq daha uzun məsafələrə getməyiniz üçün içərisində böyük bir benzin çəni yoxdur. Bunun əvəzinə ehtiyac olduqda batareyaları doldurmaq üçün kiçik bir yanacaqla işləyən bir generator var.

Elektrik_mühərrikli_və_hibrid_avtomobillər_3.jpg

Ən sərfəli elektrik avtomobillərə nümunə kimi “Tesla Model S”, “Tesla model X”, “BMW i3” , “Volkswagen e-Golf”, “Hyundai Ioniq Electric” və s. göstərmək olar. Ən sürətliləri isə Aston Martin Rapide E, Tesla Roadster  Hispano Suiza Carmen və s. 

Elektrik avtomobillərin istifadəsi və yayılması üçün infrastrukturun münasib hala gətirilməsi lazımdır ki, əsasən aşağıdakılar tələb edilir:

  • şəhərlərdə və digər tipli yaşayış məntəqələrində, o cümlədən, magistral yollarda şarj məntəqələrinin quraşdırılması
  • şarj xidmətinin pulsuz, yaxud endirimli tariflə təklif edilməsi
  • elektromobillərin təmir xidmətinin təşkili

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0