Elektromobillərin müsbət və mənfi cəhətləri

Elektromobil bazarı həm avtomobil istehsalçıları, həm də istehlakçılar üçün getdikcə populyarlaşır

və bu günümüzdə benzin və dizellə işləyən avtomobillərin tek alternatividir, gəlin elektromobillərin müsbət və mənfi cəhətlərini daha ətraflı nəzərdən keçirək.

1- Elektromobil  aldıqdan sonra benzin və ya dizellə işləyən avtomobillər ilə müqayisədə daha aşağı istismar xərcləri olduğunu görə biləcəksiniz, bunula birlikdə ətraf mühitə də təsiri azdır.

2- Elektromaqnit əyləci var hansıki təcili durumlarda istifadə olunur, bu etibarlılığı və təhlükəsizliyi artırır.

3- Daha az texniki xidmət tələb olunur və elektromobil sahibi olaraq bəzi vergilərdən azad ola bilərsiniz.

4- Elektrik mühərrikinin benzin mühərriki ilə müqayisədə yüksək səmərəliliyi. Elektrik mühərrikinin səmərəliliyi 95% -ə çatır, yanacaq mühərrikinin səmərəliliyi isə cəmi 45% təşkil edir.

5- Şəhər içində sürmək üçün əla seçimdir, bir batareya doldurulması təxminən 180 km üçün kifayət edir.

Müsbət cəhətləri ilə yanaşı, dürüst olmaq üçün elektromobillərin bəzi mənfi cəhətləri də olduğunu da etiraf etməliyik:

1- Doldurma uzun prosesdir.

2- Dizeldə işləyən avtomobillər qədər uzağ yol getmək olmur.

3- Doldurma stansiyası tapmaq çətin ola bilər.

4- Və heçkim üçün sirr deyil ki, elektromobillər benzin və ya dizellə işləyən analoqları ilə müqayisədə hələ də yüksək qiymətə satılır.

Bununla bələ, mənəvi dəyərlərinizdə iqlim dəyişikliyi ilə mübarizə aparmağa sadiqlıq varsa elektromobil seçməyinizi tövsiyə edirik.

 

 

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0