Bəzi V8 motorlarda isə ECO rejimində 1,2,5 və 8-ci silindirlər işini tam dayandırır. Ehtiyac olmayan güc üçün dayandırılan silindirlər yanacaq istifadə etmir deyə maksimum qənaət edir.
Avtomobillər qaza nə qədər basılırsa o qədər güc tələb edilir və nəticədə ona uyğun yanacaq sərf edir. REM (enerji qazanma sistemi) - yanacaq sərfiyyatını xeyli azaldır. Belə ki, siz işıqforun qırmızı işığında dayandığınız zaman Start-Stop sistemi motorun iş rejimini tam dayandırır. Ayağınızı əyləcdən götürdüyünüz zaman hiss olunmadan porşenlər hərəkətə keçir və yolunuza davam edirsiniz. Bununla da darıxdırıcı tıxaclarda yanacaq sərfiyyatınız sıfıra düşür. Avtomobilin hissələrinin karbon liflərindən hazırlanması da çəkisinin azalmasına təsir edir ki, bu da yanacaq sərfiyyatını azaldan amildir.
Yeni motorların çox hissəsi Turbo sistemi və ya Hibrid texnologiyası ilə təchiz edilir. Bu da ani sürətlənmələr zamanı avtomobilə əlavə güc verir deyə nəticədə yanacağa ciddi dərəcədə qənaət olunur. Hibrid sistemi daha üstün texnologiya olduğu üçün Turbo motordan da az yanacaq sərf edir.