Avtomobildə qarşınızda müxtəlif xəbərdarlıq işarələri, xəritə, avtomobillə əlaqəli məlumatlar və daha çox məlumat əks etdirilir.
Buradakı ekran sürücü üçün böyük imkanlar və rahatlıq verir. Əvvəllər ekranı yalnız lüks avtomobillərdə görə bilirdiksə, indi demək olar ki, bütün yeni avtomobillərə toxunma və çoxfunksiyalı ekranlar təklif olunur. İndi düşünün... Həmin ekran və göstəricilər üç ölçülü olacaq (3D görüntü)
Continental Lightfield üçölçülü avtomobil ekranlarını istehsal edəcək
Continental Lightfield markası hətta üçölçülü displeylər üçün kütləvi istehsal tarixini verdi. Continental Lightfield və Leia şirkəti ortaq bir layihəyə başladılar. Bu layihə çərçivəsində, avtomobildə göstərici məlumatları, eynəyə ehtiyac olmadan üç ölçüdə sürücünün konsolunda görünəcəkdir.
Continental Lightfield və Leia şirkətləri 2022-ci ildə kütləvi istehsala başlayacaqlarını açıqlayıblar. Layihənin tam adı "Natural 3D Lightfield Instrument Cluster"dir. Tezliklə həyata keçiriləcək layihənin ən maraqlı hissəsi budur ki, sürücü üç ölçüdə görmək üçün eynək taxmaq məcburiyyətində deyil. Digər xoş cəhət odur ki, arxa oturacaqda oturanlar da eyni görüntünü görə biləcəklər. Eyni zamanda 8 fərqli perspektiv mümkün olacaq. Əla bir texnologiyadır.
Bəs siz nə düşünürsüz, bu 3 ölçülü ekranlardan istifadə etmək istəyərsizmi?