Qeyri-adi dizayna malik avtomobillər

  • Venturi Eclectic

Qeyri-adi_dizayna_malik_avtomobillər_1.jpg

2006-cı ildə təqdim olunan Venturi Eclektik xüsusi əhəmiyyət daşıyır, çünki günəş paneli və külək turbinası kimi enerji təchizatı var. Elektrik rozetkası vasitəsi ilə yüklənə bilən bu model yük ilə 22,5 km məsafəni qət edə bilər. Ətraf mühitin qorunması və enerji səmərəliliyi baxımından əla olduğu kimi, görünüşü də qeyri-adidir.

  • L’Oeuf Electrique

Qeyri-adi_dizayna_malik_avtomobillər_2.jpg

Nasistlərin Fransaya hücum etdiyi vaxtlarda Paris yollarında yalnız hərbi nəqliyyat vasitələri görülürdü. 1942-ci ildən sonra küçələrdə yumurta kimi sürətli bir avtomobil görünməyə başladı: L'Oeuf Electrique. Mühəndis Paul Arzens tərəfindən hazırlanmışdır.

Cəmi 60 kq ağırlığındadır, ön hissəsində 3 təkər və arxada 2 təkər olan L'Oeuf Electrique "elektrik yumurtası" mənasını verir. Elektrik mühərriki əlavə edildikdə 90 kq ağırlığa və batareyalar əlavə edildikdə cəmi 350 kq-a çatan model iki sərnişinlə saatda 60 km sürətə çata bilər və tək yüklə 100 km məsafəni qət edə bilər.

  • Dodge Deora

Qeyri-adi_dizayna_malik_avtomobillər_3.jpg

Dizaynın ön və arxa tərəfi tərs hazırlanmış kimi düşünülən Dodge Deora 1967, pick-up olaraq hazırlanmışdı, lakin qeyri-adi görünüşünə görə kütləvi istehsalına başlamamışdır.

Dünyanın ən qəribə avtomobillərinin axtarışının cavabı Dodge Deora olmalıdır. Dodge Deora heç vaxt kütləvi istehsala başlamamış ola bilər, amma bu gün onun prototipləri 320 min dollara qədərdir. 

  • Tasco 1948

Qeyri-adi_dizayna_malik_avtomobillər_4.jpg

1940-cı illərdə Amerikanın "gələcəyin exnologiyası" anlayışını özündə ehtiva edən Tasco 1948, təyyarələrdən ilhamlanaraq hazırlanan bir modeldir. İkinci Dünya Müharibəsi təyyarələri və idman avtomobili dizaynlarının birləşməsi ilə ortaya çıxan bu modelin adı, istehsalçısı "The American Sportscar Company" baş hərflərini birləşdirərək meydana gəldi. Əsasən, alüminiumdan hazırlanan model kütləvi istehsala keçə bilmədi. Kütləvi istehsal olunmasa da, ancaq dizaynı ilə gələcəyə ilham verdi. T şəkilli dam dizaynı ilk bu avtomobildə, daha sonra 1968-ci ildə Chevrolet Corvette-də oldu.

  • Peel P50

Qeyri-adi_dizayna_malik_avtomobillər_5.jpg

1962-65-ci illər arasında istehsal olunan Peel P50 ən maraqlı dizayn edilmiş avtomobillər arasında yer alır. 3 təkər (2 ön və 1 arxa) olan bu tək oturacaqlı avtomobilin ümumi çəkisi cəmi 59 kq-dır. Evə gətirmək də mümkünsüz deyil. Baqajı ayrı bir hissə olaraq satılır.

  • Nissan S Cargo 

Qeyri-adi_dizayna_malik_avtomobillər_6.jpg

Köhnə cizgi filmlərində dondurma və süd satan fermerlərin istifadə etdiyi nəqliyyat vasitələrinə bənzəyən Nissan S Cargo, 1993-2006 illəri arasında cəmi 8 min ədəd satıldı. Fara, bamper, qapı və pəncərə ilə maraqlı dizaynı olan avtomobil ən qəribə mikroavtobus modellərindən biri olmağı bacardı.

  • Lightburn Zeta

Qeyri-adi_dizayna_malik_avtomobillər_8.jpg

1963-65-ci illər arasında Avstraliyada istehsal olunan Lightburn Zeta, 2 nəfərlik idman avtomobili kimi hazırlanmış, lakin arxa bamper və əyilmələrin maraqlı görünüşü ilə xatirələrdə öz yerini tutmağı bacarmışdır. İki ildə ümumi satış rəqəmi təxminən 400 olmuşdu.

  • Sebring-Vanguard CitiCar

Qeyri-adi_dizayna_malik_avtomobillər_9.jpg

1974-cü ildə ABŞ-da istehsal edilən Sebring-Vanguard CitiCar, qolf avtomobillərindən ilhamlanan bir modeldir. 4500 dollara satılan bu elektrikli avtomobilin maksimum sürəti 60 km / saata çata bilər və tək yüklə 60 km məsafə qət edə bilər. Ümumilikdə 4000 ədəd satılmışdır.

  • Tata Magic İris

11.2 at güclü dizel mühərriki ilə 55 km / saat maksimum sürətə çata biləcək Tata Magic Iris, Hindistanın klassik 3 təkərli avtomobilləri əsasında hazırlanmışdır. Minimum dizaynı və sərt polad damı ilə həm təhlükəsizlik, həm də praktikliyi təklif edən model, bu gün də istehsalına davam edir.

General Motors Firebird I XP-21

Təkərli reaktiv təyyarə adlandıra biləcəyimiz General Motors Firebird I XP-21, fiberglas gövdəsi, qısa qanadları və quyruğu olan tək yerlik bir modeldir. 370 at qüvvəsi və qaz turbinli turbo mühərriki olan çox güclü bir model olsa da, 100 km / saatdan çox sürərkən şinlərin gərginliyi səbəbindən sınaqlar dayandırıldı. 1953-cü ildə hazırlanmış General Motors Firebird I XP-21, yaddaşlarda qalan modellərdən biridir.

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0