Həyatımızda hər gün rastlaşdığımız, amma mahiyyətini bilmədiyimiz bir çox şeylər var...
Hətta bəzi şeyləri öz mahiyyətinə uyğun olmayan başqa məqsədlərlə istifadə edirik. Avtomobilin ön şüşəsində yuxarıda olan qara nöqtələrlə yəqin ki, tanışsınız. Hansı funksiyanı yerinə yetirməsi haqda heç düşünmüsüz? Elədirsə bu məqalə sizin üçündür.
Bu nöqtələr fritt adlanır. Əsas məqsədləri aşağıdakılardır:
- Şüşənin yapışdırıldığı mastikləri ultrabənövşəyi şüalardan qoruyur. Nəticə olaraq təhlükəsizliyə müsbət təsir edir.
- Fritt sayəsində gözünüz mastikdən şəffaf şüşəyə keçid prosesində yorulmur
- Digər məqsədi isə ən çox maraqlı olduğumuz mövzu - şüşənin orijinal olub-olmamasını bilməyimizdə kömək edir. Necə? Saxta məhsulların üzərindəki nöqtələr heç də xoşagələn görünmür, səliqəsiz və keyfiyyətsiz olur.