Avtomobil satarkən nömrəni saxlatdırmaq

Sürücülər bir çox hallarda avtomobilini satarkən onu saxlatdırmaq istəyir, yeni alacağı avtomobildə də eyni nömrəni istifadə etmək istəyir. Lakin...

Lakin bu məsələlər qanunla tənzimlənilir. Məqaləmizdə bu məsələlər barədə məlumat veririk.

Avtomobili satarkən dövlət qeydiyyat nişanının avtomobilin üzərində qalmağına etiraz etmirsinizsə, alan şəxs nömrənin avtomobilin üzərində qalmağa etirazı yoxdursa bu zaman nömrə avtomobilin üzərində saxlanılmaqla qeydiyyat aparılır. Bu zaman 35 manat dövlət qeydiyyat nişanına görə rüsum ödənilməlidir. Avtomobili satanda nömrəni bronlaşdırıb, bir il sonra yeni alınan avtomobilin üzərinə qeydə aldırmaq olmaz. Qanunla icazə yoxdur. Amma həmin gün avtomobili satıb, çıxarılan nömrəni həmin gün alınan avtomobilin üzərinə qeydiyata aldırmaq mümkündür.

Avtomobillər arasında nömrəni dəyişmək də olmaz.

üdf.jpg

Avtomobilin dövlət qeydiyyat nişanı təkrar qeydiyyat zamanı dəyişə bilər:

1) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;

2) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;

3) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;

4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0