Qarlı və yağışlı havada avtomobili necə idarə etməli?

  • Leysan yağışlar və ya qarlı havalarda, xüsusilə, qışda uzun bir yol qət etmək çətin ola bilər. Uzun yollarda qışda nələrə diqqət yetirmək lazımdır və qarlı havada səyahət edəcəyiksə nələr etməliyik, bu yazıda bəzi məlumat və məsləhətləri topladıq. 
  • Uzun müddət yağışlı havalarda və ya qarlı havalarda gedərkən bilməli olduğunuz şey budur: asfaltdakı ilk yağış damlaları yolu sürüşkən hala gətirir. Toz və asfalt yağı yağışla birlikdə asfaltı təkərlərin yapışmasını azaldacaq çox sürüşkən bir səth halına gətirir.
  • İlk öncə avtomobilin sürətini azaltmaq lazımdır. Yola çıxdığınız zaman yağış başlasa, sürətinizi xeyli azalda və yağış biraz yağdıqdan və asfalt yaxşıca islandıqdan sonra sürəti tədricən artıra bilərsiniz. Lakin yenə də diqqətli olmaq lazımdır
  • Qarşıdakı avtomobillə məsafə qorunmalıdır. Yağışlı günlərdə belə qorunmalı olan təqib məsafəsi qaydasına əməl edin; yağışlı və qarlı havalarda bir az daha həssaslıq göstərilməli və təqib məsafəsi artırılmalıdır. Qarşıdakı avtomobilin qəflətən dayanması və ya sürüşməsi təhlükəli vəziyyətə səbəb ola bilər.

qar_2.jpg

  • Ani əyləcdən çəkinin. Bu ən vacib detallardan biridir, çünki yağışlı yollar sürüşkən olarsa və anidən əyləc avtomobilin sürüşməsinə səbəb ola bilər. Bu, əlbəttə ki, qarlı havalar üçün də bu şəkildə edilməlidir.
  • Sakit və etibarlı idarəetməyə sahib olmalısınız. Anidən dönmə, ötmə əməliyyatı kimi hallardan da çəkinməniz və daha diqqətli şəkildə həyata keçirməyiniz tövsiyə edilir.
  • Yan güzgülər və pəncərələr qorunmalıdır. Yağışlı və soyuq havalarda, suyun yığılması güzgülərin tutulmasına və ətrafı görə bilməyinizə problem yarada bilər. Yağışlı və qarlı bir havada yola çıxmazdan əvvəl şüşə və güzgülər silinməlidir və keyfiyyətli məhsullardan istifadə etmək lazımdır. Arabir pəncərələri açmaq da faydalıdır. Silmək üçün bir vasitə götürə bilərsiniz.
  • Yağışlı və qarlı havalarda, digər maşınların sizi görməsi üçün kiçik faraları aktiv saxlamaq faydalıdır. Xüsusilə, hava qaranlıq olduqda yol xətlərini aydın görmək üçün yola çıxmazdan əvvəl faraları yoxlayın. Yollarda yolları ayıran xətlərin üstündən keçməməyə diqqət yetirmək lazımdır.
  • Nəqliyyat vasitələrinə texniki xidmət. Nəqliyyat vasitələrinə daimi texniki xidmət qışda uzun yollara atılmazdan əvvəl aparılmalıdır: şin, əyləc və amortizatorlarda heç bir problemin olmadığından əmin olmalı, nəqliyyat vasitəsinə baxış keçirilməlidir.
  • Avtomobilin yanacaq çənini doldurmaq lazımdır.
  • Antifriz istifadə edilməlidir.

Katalitik çevirici nədir və niyə təmizlənməlidir?

Katalitik çevirici egzoz sisteminin bir hissəsidir.

Hər bir sürücü bunları bilməlidir

Bütün sürücülərin bilməli olduğu bir çox məsələlər vardır ki, onlara riayət edilməlidir.

Faraları necə parlatmaq olar?

Avtomobildə rastlaşdığımız, amma sevmədiyimiz hallardan biri də faraların şüşəsinin təmiz olmaması və parlaqlıq problemidir. Avtoyumadan sonra da içində buğlanma yarana bilir. Avtomobillərin faraları plastikdən hazırlandığından zamanla sarı və tutqun ola bilər. Bunun qarşısını almaq üçün onları dəyişdirmək əvəzinə parlada bilərsiniz.

Faraları çöldən parlatmaq üçün aşağıdakı addımları bilmək lazımdır:

  • Sumbata kağızı (şkurka) ilə faranı sürtmək lazımdır. Əgər çox bərbaddırsa 1000-lik hətta 500-lük sumbata ilə başlayıb daha sonra 1000, 1500, 2000 və 2500-lüklə davam edirik ki, faranın üzündəki bütün nahamarlıqlar yoxa çıxsın.
  • Sumbatanı suya batırıb faranın hər yerini dairəvi şəkildə silirik. Bunu əl ilə 5 dəqiqə etmək kifayətdir. Sonra 2000-lik və daha sonra 2500-lük sumbata ilə eyni qaydada suya batıraraq faranı sürtürük. Sumbata avtomobilin boyasına zərər verməsin deyə fara kənarlarına yapışqan kağız çəkmək lazımdır. Sürtüb qurtardıqdan sonra faranı təmiz su ilə yuyuruq ki, üstündə kir qalmasın. Ən sonuncu sumbata ilə faranı sürtüb qurtardıqdan sonra fara yuyulub təmizlənir və quru dəsmal ilə qurulanır ki, su damlaları qalıb parladıcı kremə qarışıb kremin keyfiyyətini itirməsin. Kifayət qədər parlaq və hamar olduğunu hiss etdikdə prosesi dayandıra və yenilənmiş faralarınızdan ləzzət ala bilərsiniz.

fa_2.jpg

İçəridən parlatmaq:

Üz qapaq çıxarılmalıdır. Germetikanı eləcə dartıb çıxarmaq olmaz, yoxsa faranın üz qapağı qırılar. Bunun üçün texniki fen ilə faranın kənarlarını az-az isidib germet kleyi yumuşaltmaq lazımdır. Bundan sonra çıxarılan üz qapağını su ilə yuyub qurulamaq kifayətdir. Faranın içini isə suya salmadan nəm dəsmal ilə yavaş-yavaş silmək kifayətdir.

Avtomobili avtoyumadan çıxardıqdan sonra faranın içində bəzən nəm əmələ gəlir. Bu hal mühərrik və radiator istiliyinin təsirindən, faranın çölündəki temperaturun aşağı düşməsi nəticəsində fara içindəki istiliyin artması ilə də meydana gələ bilər. Fara daxilində istilik artdığı üçün içəridəki nəm şüşəyə doğru yayılır. Nəmlilik nisbəti artıb doyma nöqtəsinə çatdığı zaman faranın içində nəm soyuq hissədə toplaşmağa başlayır və buğ əmələ gəlir. Buğun öz-özünə getməsi üçün uzaq və yaxın işıqları yandırıb saxlayın. İsti havanın fara içindən çıxması üçün faranın müxtəlif yerlərində hava deşiklərinin açıq olmasını yoxlamaq lazmdır. Faraları təmizlətdikdən sonra şəffaf örtüük tətbiq edərək səthini qoruya bilərsiniz.

Əyləc yastığı haqqında nələri bilməliyik?

Əyləc sistemi bir avtomobilin ən vacib mexanizmlərindən biridir.

Dizel mühərrikdə yanacaq çəninə yağ qatmaq olarmı?

Bəzən deyirlər ki, yanacaq çəninə yağ qatılarsa sistemin yağlanmasına, təmizlənməsinə, qorunmasına səbəb olacaq.

Bunları oxumadan akkumulyator almayın

Mühərrikin ilk növbədə start götürə bilməsi üçün enerji mənbəyi kimi akkumulyator çox vacib rol oynayır.

Bunları bilmək maraqlıdır

1886-cı il müasir avtomobilin yarandığı il hesab olunur.

Abunə ol