İxrac borusundan çıxan tüstünün rəngi avtomobilin nasazlığından və ya digər məqamlardan xəbərdarlıq rolunu oynayır.
Təhlükəsizlik və rahatlıqda böyük rol oynayan park sensoru, parklanma zamanı nəqliyyat vasitənizin zədələnməsinin qarşısını alır. Vasitənin ətrafında hətta görə bilmədiyiniz əşyaları aşkar edən və səs siqnalı ilə xəbərdar edən bir cihazdır. Bu rahatlığa əlavə olaraq, yanacaq sərfiyyatınızı və park müddətində keçirdiyiniz vaxtı azaldır. Park sensoru, nəqliyyat vasitəsini park etməkdə problem olanlar üçün çox faydalı bir seçimdir.
Sensorların iki növü var: elektromaqnit və ultrasəs. Elektromaqnit park sensoru yaratdığı maqnit sahəsinə daxil olan cisimləri aşkarlayır və səsli bildiriş verir. Digər tərəfdən ultrasəs park sensoru, yaydığı səs siqnallarının fırlanma diapazonu sayəsində ətrafdakı əşyaları aşkarlayır.
Vasitə ilə yaxınlaşan obyekt arasında bir metrlik əlaqə məsafəsi olduqda, dayanacaq sensoru işə salınır və səs siqnalı ilə sürücünü xəbərdar edir. Nəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsi ilə əlaqə quracağı obyekt arasındakı məsafə azaldıqca eşidilən siqnal səslərinin aralığı da azalır. Dayanmalı olduğunuz yerdə siqnal davamlı səslənir. Siqnal davamlı səslənirsə, bu, vasitə ilə obyekt arasında təxminən 25-30 sm məsafənin olduğunu göstərir.
Sensor bir çox yeni avtomobil modelində istehsalda quraşdırılıb. Köhnə modellərdə isə daha sonradan quraşdırılması mümkündür.
Sensor hər zaman incə quruluşa görə dik bir işarəni aşkar edə bilməz. Bu isə dirəyə dəyməyinizə səbəb ola bilər.
Əvvəlcə park ediləcək yerin uyğunluğunu yoxlamaq faydalıdır. Dayanacaqda piyadalar, nəqliyyat vasitələri və ya nəqliyyat vasitələri arxasında keçən heyvanlar ola bilər. Dayanacaq sensoru xəbərdar etsə də, ehtiyat tədbirləri görmək faydalıdır. Dayanacaq sensorlarının yay və qış aylarında təmiz işləməsi üçün diqqətli olmalısınız. Dayanacaq sensorunda kirlərin yığılması onun cisimləri aşkar etməməsinə səbəb ola bilər.
Avtomobillə hər zaman yolları yaxşı tanıdığımız yerə getmirik. Həmçinin daha qısa yollarla daha tez çatmaq da sürücülərin arzusudur. Bu problemlərin həlli üçün avtomobillərdə sistemi quraşdırılır. Uzaq məsafələrə gedərkən, həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün bu daha çox laızmdır. "Naviqasiya" termini Latın mənşəlidir. Riyazi olaraq, avtomobil naviqasiyası, böyük bir şəbəkədəki iki nöqtə arasında bəzi meyarlara (ən qısa, ən ucuz, sürətli və s.) ən yaxşı cavab verən yolu necə müəyyənləşdirməyi araşdıran qrafika nəzəriyyəsi daxilində ən qısa yol probleminə əsaslanır.
Əvvəllər naviqasiya sistemləri yalnız uzun səfərlərdə sürücüyə kömək məqsədi ilə təqdim olunurdu. Peyk sistemi bir çox avtomobildə dəqiq marşrut xəttini təmin edərək bir sıra problemi həll etməkdə səmərəli idi.
1988-ci ildə peyklərin sayı 18 idi ki, bu da dünyanın istənilən yerində avtomobili aşkar etməyə imkan verirdi. Əvvəlcə 1 avtomobil üçün kompleks dəst 500 dollara başa gəlirdi. Sonrakı mərhələdə:
1. Məlumat ötürmək üçün elektrik impulslarından istifadə. Məlumdur ki, bu gün avtomobillərdə tellər (simlər) daha azdır.
2. Multikompleksin yaradılması. Bu, müxtəlif funksiyaların olduğu kompakt avadanlıq yaratmağı mümkün etdi.
Bu gün multimedia kompleksi maşını idarə etmək, o cümlədən bütün sistemləri qurmaq üçün demək olar ki, funksiyaların hamısını özündə birləşdirir. Müasir zamanda sürücülər avtomobilləri ilə məsafədən asanlıqla əlaqə qura, təhlükəsizliyini izləyə və ya uzaqdan idarə edə bilərlər.
Qlobal avtomobil istehsalçıları, əsasən, modellərini naviqasiya sistemi ilə təklif edirlər. Əksər avtomobil markaları Azərbaycan bazarında təmsil olunsa da, istehsalçı tərəfindən dəstəklənən, Azərbaycan dilində olan naviqasiya sistemi təkcə Hyundai markasındadır.
Avtomobil – avtonom enerji mənbəyi (daxili yanma, elektrik mühərrikləri və s.) ilə hərəkətə gətirilən və sükanla idarə edilən relssiz nəqliyyat vasitəsi. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Qeyd edək ki, ilk avtomobillərdə dairəvi sükan olmayıb – sürücülər avtomobili rıçaqın köməyi ilə idarə edib.
Avtomobilləri xarakterizə edən əsas xüsusiyyətlər aşağıdakılardır:
- Funksional,
- İstehlak xüsusiyyətləri
- İctimai təhlükəsizlik
İndi isə bu xüsusiyyətlər barədə daha ətraflı məlumat verək.
Avtomobillərin öz əsas funksiyasını (sərnişin, yük, avadanlıq daşımaq) səmərəli yerinə yetirməsi onların nəqliyyat vasitəsi kimi funksional xüsusiyyətidir. Bu xüsusiyyətlərə dartı-sürətlənmə və tormozlanma, idarəolunma, dayanıqlıq, yanacaq qənaətliliyi, manevretmə, keçicilik qabiliyyəti, hərəkət səlisliyi və s. daxildir.
İstehlak xüsusiyyətləri sürücü və sərnişini qane edən rahatlıq səviyyəsi (qızdırıcı, kondisioner, iqlim nəzarətçisi və s.), audiosistemin keyfiyyəti, servointiqal (elektrik şüşəqaldırıcılar, qapıların məsafədən kilidlənməsi və s.), salonun üzlük materialının keyfiyyəti, ətraf mühitlə əlaqə qurğularının (telefon, televizor, naviqasiya sistemi) olması, xarici görünüşü və s. özündə birləşdirir.
Avtomobilin ictimai təhlükəsizlik xüsusiyyətini (aktiv, passiv, qəzadansonrakı və ekoloji) təmin edən vasitələr dövlət tərəfindən tənzimlənir və avtomobilin xəttə buraxılmasından əvvəl və həmçinin bütün istismar müddətində nəzarət edilir. Təhlükəsizlik məsələsi, ümumiyyətlə, həm də alıcıların avtomobil alarkən diqqət etdiyi əsas məqamlardan biridir və bu meyar onların qərarlarına əsaslı təsir göstərir. Təhlükəsizlik vasitələri və gödtəriciləri bir neçə növə bölünür, bunlar aşağıdakılardır: Aktiv təhlükəsizlik vasitələri (məsələn: sükan idarəsinin gücləndiriciləri) yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılmasına yol verir.
Passiv təhlükəsizlik vasitələri (təhlükəsizlik kəmərləri, qəza yastıqları) isə hadisələrin nəticələrini yüngülləşdirməyə xidmət edir. Təhlükəsizlik yastığının sürəti bir saniyədə 5000 km/saata çatır. Təhlükəsizlik yastıqları elə hazırlanıb ki, toqquşmadan sonra 40 millisaniyə ərzində açılırlar.
Qəzadan sonrakı təhlükəsizlik isə qəzaya düşmüş avtomobil dayandıqdan sonra qəzanın nəticələrini tez aradan qaldırmaq və yeni qəza vəziyyətinin yaranmasının qarşısını almaq imkanı ilə müəyyən edilir.
Bundan başqa ekoloji təhlükəsizlik də vardır ki, bu onu ifadə edir ki, avtomobil ətraf mühitə nə qədər zərər vermişdir. Bu baxımdan müasir dövrdə alternativ enerji ilə çalışan avtomobillərin istehsalı genişləndirilməkdədir. Buraya elektoravtomobillər, hibrid avtomobillər daxil edilir.
Avtomobil şinlərini 3 növü var: qış, yay və bütün mövsümlər üçün. Onlar bir-birindən təkərlərin tərkibi və protektorların cizgiləri ilə fərqlənirlər.
Antifriz — mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan mayedir.
Mühərrikin ilk növbədə start götürə bilməsi üçün enerji mənbəyi kimi akkumulyator çox vacib rol oynayır.
Polen filtri, kondisioner sistemini tənzimləyir, avtomobilin içərisinə çatmazdan əvvəl xaricdən gələn havanın təmizlənməsini təmin edir.